Ermənistanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutka ərzində bu ölkədə daha 1257 nəfər COVID-19 virusuna yoluxub.
LEQAL.AZ xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 187 min 441-ə çatıb.
Ölkədə pandemiya qurbanlarının da sayı daha 14 nəfər artaraq, 3 min 416-ya çatıb.
Hazırda ölkədə 13 min 427 aktiv koronavirus xəstəsi var.
Ermənistan hökuməti koronavirusun daha çox yayılmasının qarşısını almaq məqsədilə sərt karantin rejiminin yenidən tətbiqi barədə düşünür. Yaxın günlərdə ölkədə sərt karantin rejiminin tətbiqi gözlənilir.(azərtac)