Avstraliyada minlərlə sakin güclü daşqınlara görə evlərini tərk edir

Avstraliyada minlərlə sakin güclü daşqınlara görə evlərini tərk edir
  • Dünya

  • Avstraliyanın şərq sahillərində irimiqyaslı təxliyəyə başlanıb. Leysan yağışların əmələ gətirdiyi güclü daşqınlar səbəbindən 18 mindən çox insan artıq evlərini tərk edib.

    LEQAL.AZ yerli KİV-lərə istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi su altında qalmış rayonlardan yaxın saatlarda daha 50 min nəfərin təxliyə olunacağını bildirib.

    Qeyd edilir ki, Yeni Cənubi Uels ştatında qəsəbələr, yollar və kənd təsərrüfatı sahələri demək olar ki, bütünlükdə su altında qalıb. Yalnız insanlara deyil, həmçinin ev heyvanlarına da böyük ziyan dəydiyi bildirilir. Onların da qayıqlar vasitəsilə xilas edildiyi qeyd edilir. Yerli sakinlər tərəfindən xilas edilənlərlə yanaşı, itkin düşənlər də var.

    Sinoptiklərin bildirdiyinə görə, son 3 sutka ərzində regiona 900 millimetrdən çox yağıntı düşüb. Bu ənənəvi mart normasından 3 dəfə çoxdur.

    Bu gündən başlayaraq, yağışların daha da güclənəcəyi və martın 25-dək davam edəcəyi proqnozlaşdırılır.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər