Rəsmi Vaşinqton Avropa İttifaqı (Aİ) vasitəsilə İranla diplomatik danışıqlar aparır və Tehranın nüvə anlaşması ətrafında vəziyyətlə bağlı fikirlərini gözləyir.
virtualaz.org bildirir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, İranla diplomatik danışıqlar davam edir: "Lakin danışıqlar birbaşa aparılmır. Əlaqələr avropalılar və digərləri vasitəsilə qurulub. Bu mərhələdə iranlılardan necə davam etmək istədikləri ilə bağlı fikirləri gözləyirik".