Britaniyada koronavirusun daha bir növü tapılıb

Britaniyada koronavirusun daha bir növü tapılıb
  • Dünya

  • İngiltərənin İctimai Sağlamlığın Mühafizəsi İdarəsi (PHE) ölkənin cənub-şərqində iki nəfərdə koronavirusun yeni növünün aşkar edildiyini bəyan edib.

    Bu barədə report “Reuters”ə istinadən xəbər verir.

    Tədqiqatçılar bildirib ki, yeni variant koronavirusun İngiltərədə geniş yayılan E484K mutasiyasından ciddi fərqlənmir.

    Qeyd edək ki, koronavirusun mutasiya olunmuş E484K variantı ötən ilin dekabrın ortalarında aşkar edilib. Böyük Britaniya Səhiyyə Nazirliyi yeni SARS-CoV-2-nin adisindən daha sürətli yayıldığını və Londonda üstünlük təşkil etdiyini bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər