Misir Qalyubiyyə vilayətinin Obur rayonunda trikotaj fabrikində baş vermiş partlayış nəticəsində 20 nəfərin öldüyü, 24 nəfərin isə xəsarət aldığı bildirilir.
LEQAL.AZ Misir Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, partlayışdan sonra baş verən güclü yanğını söndürmək üçün hadisə yerinə 18 yanğınsöndürən briqada cəlb olunub. Nazirlik bildirib ki, müxtəlif dərəcəli yanıq xəsarəti alan fəhlələrdən 3-nün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı Misir prokurorluğunda cinayət işi başlanıb. Partlayışın səbəbləri araşdırılır.