Sakit okeanda ABŞ-Çin qarşıdurması yenidən gərginləşib.
unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hind-Sakit okean regionu üzrə komandanı Filip Devidson danışıb. O qeyd edib ki, Çin getdikcə daha aqressiv hərbi xətt tutmağa çalışır. Hərbçi Çini "strateji təhdid" adlandırıb.
"Çin XXI əsrdə qlobal təhlükəsizliyə qarşı ən böyük strateji təhdiddir. Beynəlxalq nizamda liderlik rolunu almağa çalışırlar. Bunu 2050-yə qədər edəcəklərini açıqlamışdılar. Amma bunun daha tez olması üçün çalışırlar və mən narahatam", - deyə F.Devidson bəyan edib.
Hərbçi həmçinin Çinin Tayvan ətrafında və Hindistanla sərhədlərdə gördüyü işlərdən narahatlığını ifadə edib.