Yaponiyanın Nüvə Tənzimləməsi üzrə Komissiyası “Fukusima-1” AES-də qəza barədə hesabatı tamamlayıb

Yaponiyanın Nüvə Tənzimləməsi üzrə Komissiyası “Fukusima-1” AES-də qəza barədə hesabatı tamamlayıb
  • Dünya

  • Yaponiyanın Nüvə Tənzimləməsi üzrə Komissiyası “Fukusima-1” atom elektrik stansiyasında (AES) 2011-ci ilin martında baş vermiş qəza barədə hesabatı tamamlayıb.

    LEQAL.AZ Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Nüvə Tənzimləməsi üzrə Komissiya AES-də yüksək səviyyəli radiasiyanın səbəblərini təyin edib. Bildirilir ki, komissiyanın bu istiqamətdə fəaliyyəti iki il əvvəl bərpa edilib.

    Martın 10-da dərc edilən hesabatda radiasiyanın yeni aşkar edilmiş mənbəyi barədə məlumat öz əksini tapıb. Sənəddə 70 trilyon bekkerel gücündə radioaktiv maddənin qoruyucu tıxac adlandırılan beton qapaqlarda toplandığı qeyd edilir. Həmin qapaqların 2 və 3 nömrəli reaktorların binalarında olduğu bildirilir.

    Bunun ərimənin baş verdiyi 1, 2 və 3 nömrəli reaktorların daxilindəki radioaktiv maddələrin 10 faizini təşkil etdiyi xüsusi vurğulanır.

    Komissiya qeyd edir ki, radioaktiv çirklənmənin gözlənilməz səviyyəsi AES-in istismardan çıxarılması zamanı insanların reaktorlara yaxınlaşmasına ciddi təhlükə yaradır. Həmin işin həyata keçirilməsinin AES-in operatoru olan TEPCO şirkəti ilə müzakirəsinin aparılması nəzərdə tutulur.

    Hesabatda, həmçinin bildirilir ki, 1 və 3 nömrəli reaktorlarda hermoörtükləri qorumalı olan havanı tənzimləyən havalandırma sistemi onu borular vasitəsilə çıxarmaq əvəzinə yenidən reaktorun daxilinə qaytarıb. Nəticədə binanın daxilində radioaktiv yoluxma artıb. Eyni zamanda, havalandırma sisteminin qaytardığı havanın tərkibində toplanan hidrogen partlayış üçün təhlükə yaradıb.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər