Dünyada son sutkada 347 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 347 mindən çox koronavirusa yoluxma qeydə alınıb
  • Dünya

  • Dünyada son sutka ərzində 347 981 nəfər koronavirusa yoluxub, 7 238 nəfər ölüb. 

    LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

    Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 113 830 168 yoluxma hadisəsi, 2 527 891 ölüm faktı qeydə alınıb.

    Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (169 603) payına düşür. Digər yerləri isə Avropa (109 136) və Cənub-Şərqi Asiya (30 158) bölüşür.
    PAYLAŞ:

    Oxşar xəbərlər