Dünyada son sutkada 403 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 403 mindən çox koronavirusa yoluxma qeydə alınıb
  • Dünya

  • Dünyada son sutka ərzində 403 263 nəfər koronavirusa yoluxub, 12 120 nəfər ölüb. 

    LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

    Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 103 362 039 yoluxma hadisəsi, 2 244 713 ölüm faktı qeydə alınıb.

    Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (202 291), payına düşür. Digər yerləri isə Avropa (134 985) və Cənub-Şərqi Asiya (24 035) bölüşür.
    PAYLAŞ:

    Oxşar xəbərlər