Bolqarıstanda sutka ərzində 1463 yeni koronavirusa yoluxma halı qeydə alınıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 235 min 891 nəfərə çatıb. 199 min 978 nəfər sağalıb, 9 min 821 nəfər ölüb. Xəstəxanalarda 3 775 nəfər müalicə alır, 316 nəfər isə reanimasiyadadır.
Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırıb.