Yaponiyada zəlzələ nəticəsində xəsarət alanların sayı 50 nəfərə çatıb.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd edək ki, fevralın 13-də Yaponiyanın şimal-şərq sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 23:08 dəqiqədə qeydə alınan zəlzələnin episentri Fukuşima prefekturasının sahillərində, ocağı 59 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.