İzmirdə daha bir zəlzələ baş verib

İzmirdə daha bir zəlzələ baş verib
  • Siyasət

  • Türkiyənin Egey bölgəsində 5 bal gücündə zəlzələ baş verib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

    Zəlzələnin episentri İzmir vilayətinin Seferihisar rayonudur.

    Yerli vaxtla saat 08.31-də meydana gələn təkanların ocağı yerin 7 kilometr dərinliyindədir.

    Hələlik zəlzələnin fəsadları barədə dəqiq məlumat yoxdur.

    Xatırladaq ki, dünən Türkiyənin həmin bölgəsində 6,9 bal gücündə zəlzələ baş verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər