Böyük Britaniyada fırtına və güclü yağan qar həyatı iflic edib.
LEQAL.AZ azətac-a istinadən xəbər verir ki, Krallıqda hökm sürən Darsi fırtınası və qar bəzi bölgələrdə koronavirus peyvənd mərkəzlərinin bağlanmasına və fasilələrlə işləməsinə səbəb olub.
Hidrometeorologiya Müəssisəsi, güclü şərq küləyi – Darsi fırtınası, səbəbi ilə kəskin soyuq olduğunu və bəzi bölgələrdə donma hallarına rast gəlindiyi açıqlayıb.
Polis vətəndaşlara müraciət edərək yollarda baş verəcək problemlərə görə səyahət etməmələrini məsləhət görüb.
Dəmir Yolları İdarəsi güclü yağan qar nəticəsində bəzi qatar stansiyalarının bağlanacağını bildirib.
Şotlandiya və Şimali İrlandiyada sarı hava xəbərdarlığı edilib.