Britaniyada koronavirusdan ölənlərin sayı 108 min nəfəri ötüb

Britaniyada koronavirusdan ölənlərin sayı 108 min nəfəri ötüb
  • Dünya

  • Böyük Britaniyada koronavirusdan həyatını itirənlərin sayı 108 min nəfəri, virusa yoluxanların sayı isə 3 milyon nəfəri ötüb.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, Krallıqda virusa yoluxmada artım müşahidə olunsa da, bu günə qədər 9,6 milyon insana peyvəndin ilk dozası vurulub.

    Həmçinin Oksford Universitetində aparılan araşdırmalara görə, “Oksford-AstraZeneca” peyvəndi yalnız insanları xəstəliklərdən qorumur, eyni zamanda, virusun yayılma sürətini də yavaşladır.

    Universitet tərəfindən 17 min nəfər üzərində aparılan sınaqlar zamanı hər iki doza verilən insanlarda müsbət COVID-19 testlərinin nisbətinin yarıbayarı azaldığı öyrənilib.

    Qeyd edək ki, Böyük Britaniyada “Pfizer / BioNTech”, “Oksford Universiteti və AstraZeneca” və “Moderna” peyvəndləri qeydiyyatdan keçib. “Johnson & Johnson” və “Valneva” peyvəndlərinin isə təsdiqlənməsi gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər