Böyük Britaniyada Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsinə başlanılıb

Böyük Britaniyada Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsinə başlanılıb
  • Dünya

  • Bu gün Böyük Britaniyada Oksford Universiteti və AstraZeneca şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsinə başlanılıb.

    LEQAL.AZ xəbər verir ki, ilk peyvənd 82 yaşında olan Brian Pinker adlı şəxsə vurulub.

    530 min doza Oksford-AstraZeneca peyvəndi artıq 6 xəstəxanada istifadəyə hazırdır.

    Britaniya bu peyvənddən 100 milyon doza sifariş edib.

    Peyvəndin həftə içində ölkənin hər yerindəki sağlamlıq mərkəzlərinə və qocalar evlərinə göndəriləcəyi açıqlanıb.

    Baş Nazir Boris Conson 3 ay ərzində on milyona yaxın insana peyvənd vurulacağına ümid etdiyini söyləyib.

    Qeyd edək ki, ötən ay istifadəsinə başlanılan Pfizer-BioNTech peyvəndinin ilk dozası bu günə qədər 1 milyondan çox insana tətbiq edilib.(azərtac)
    PAYLAŞ:

    Oxşar xəbərlər