Bu gün Qazaxıstanda Rusiyanın istehsalı olan "Sputnik V" peyvəndinin koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmə kampaniyası başlayıb.
LEQAL.AZ-ın məlumata görə, ilk peyvəndi səhiyyə nazirinin müavini, dövlət baş sanitar həkimi Yerlan Kiyasov və səhiyyə nazirinin müavini Ajar Qiniyat vurdurublar.
“Sutnik V” peyvəndinin ilk partiyası Qazaxıstana 22 min doza həcmində gətirilib və bütün regionlar üzrə paylanacaq.
İlk öncə peyvənd tibb işçiləri, müəllimlər, polis işçiləri və hərbi qulluqçulara olunacaq.
İlin sonuna kimi 6 milyon qazaxıstanlının koronavirus əleyhinə peyvənd olunması planlaşdırılır.(azərtac)