Qazaxıstan zavodları Rusiya peyvəndinin istehsalına başladı

Qazaxıstan zavodları Rusiya peyvəndinin istehsalına başladı
  • Dünya

  • Qazaxıstandakı Qaraqanda əczaçılıq kompleksi Rusiyanın “Sputnik V” peyvəndinin 90 min doza miqdarında ilk partiyasının istehsalına başlayıb.

    “RİA Novosti” xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin birinci müavini Marat Şoranov deyib.

    Onun sözlərinə görə, fevralın əvvəlində Qazaxıstan Rusiya istehsalı olan “Sputnik V”nin ilk partiyasını alacaq və 15 fevraldan Qaraqanda əczaçılıq kompleksinin istehsal etdiyi “Sputnik V” peyvəndi qeydiyyata alınacaq:

    “26 fevral tarixindən etibarən vahid distribyutorun anbarlarına və daha sonra bölgələrə göndərilmək üçün peyvəndin ilk partiyasının istehsalına artıq başlanılıb”.

    Qazaxıstanda Rusiya dərmanı ilə kütləvi vaksinasiya fevralın 1-də başlayacaq və ikinci rübdən etibarən peyvəndləmə prosesi klinik sınaqların üçüncü mərhələsində olan yerli “QazCovid” ilə davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər