Almaniyada son 24 saatda 11 mindən çox koronavirusa yeni yoluxma və 400-ə yaxın ölüm faktı qeydə alınıb.
LEQAL.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 yoluxması ilə bağlı statistika aparan Robert Kox İnstitutunun məlumatında bildirilir.
Belə ki, Almaniyada son 24 saat ərzində COVID-19 xəstələri arasında 399 ölüm faktı qeydə alınıb, 11 min 192 nəfər isə yeni növ virusa yoluxub.
Almaniyada pandemiyanın başlanğıcından bəri ümumilikdə 2 milyon 216 min 363 yoluxma və 56 min 945 ölüm faktı təsbit edilib, 1,9 milyondan çox insan sağalıb.(azərtac)