LEQAL.AZ-ın məlumatına görə danışıqlar başa çatdıqdan sonra 79 yaşlı dövlət başçısı Parlamentin Aşağı Palatasının sədri Roberto Fikoya parlamentdəki siyasi qruplarla müzakirələr üçün mandat verib.
R. Fiko fevralın 2-dək bu danışıqlar çərçivəsində istefa vermiş Baş nazir Cüzeppe Kontenin indiyədək rəhbərlik etdiyi hökuməti dəstəkləyən siyasi qrupların parlamentdə əksər səs çoxluğuna malik olub-olmayacağını müəyyənləşdirməlidir.
Ölkə Prezidenti mətbuata verdiyi açıqlamada bildirib ki, onun apardığı üçgünlük danışıqlar əsnasında parlamentdə belə bir imkanın mövcud ola biləcəyi təəssüratı yaranıb. Yanvarın 29-da S. Mattarella C.Konnte hökumətinin onurğa sütununu təşkil edən “Beş ulduz hərəkatı”nın təmsilçiləri ilə yanaşı, müxalif düşərgəni özündə birləşdirən mərkəz-sağçı blokun nümayəndələrini qəbul edib.