İtaliyada hökumət koalisiyası dağılıb

İtaliyada hökumət koalisiyası dağılıb
  • Dünya

  • LEQAL.AZ-ın məlumatına görə, keçmiş Baş nazir Matteo Renzinin rəhbərlik etdiyi “İtalia Viva“ partiyası koalisiyalı hökumətin tərkibində iştirakdan imtina edib və hökumətdəki iki nazirinin fəaliyyətini dayandırıb. Bununla da bitərəf Baş nazir Cüzeppe Kontenin rəhbərlik etdiyi və tərkibinə “Beş ulduz hərəkatı” və sosial-demokratların (“Partido Democratico”) təmsil olunduğu koalisiya ölkə parlamentində mütləq səs çoxluğunu itirmiş olub.

    M. Renzinin bu addımı atmasında əsas səbəb kimi Avropa İttifaqının üzv ölkələr üçün nəzərdə tutduğu və koronavirus böhranından çıxış üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı təyinat üzrə xərclənməsindəki fikir ayrılığı göstərilir. Bundan başqa M. Renzi hökumət rəhbəri C. Konte ilə digər mövzularda da ortaq məxrəcə gələ bilmir. M. Renzi dəfələrlə hökuməti Avrozonanın yardım fondu olan Avropa Sabitlik Mexanizmi çərçivəsində kreditlər götürməyə və həmin vəsaitləri ölkənin səhiyyə sistemini dirçəltməyə sərf etməyə çağırıb. Koalisiyada əsas siyasi qüvvə olan “Beş ulduz hərəkatı“ isə bu təklifi rədd edib.

    Bundan başqa M. Renzi hökumət başçısını koronavirus pandemiyası dövründə parlamenti nəzərə almadan və koalisiya tərəfdaşları ilə məsləhətləşmələr aparmadan ölkəni təkbaşına idarə etməkdə ittiham edib.

    Mətbuatın məlumatına görə, Baş nazir C. Konte artıq dövlət başçısı Sercio Mattarella ilə görüşüb və mövcud vəziyyət barədə onu məlumatlandırıb.2019-cu ilin sentyabrından ikinci dəfə hökumət başçısı kimi koalisiyaya rəhbərlik edən C. Konte hazırkı böhran dövründə növbədənkənar seçkilərin keçirilməsini istəmir. Ona görə də onun parlamentdə mütləq səs çoxluğu üçün cəhd göstərəcəyi gözlənilir. Bunun üçün parlamentin aşağı palatasında onun koalisiyasına azı 25 deputat, Senatda isə 18 senator qoşulmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər