Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 əleyhinə vaksin yəqin ki, digər vaksinlərdən təhlükəli olmayacaq

Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 əleyhinə vaksin yəqin ki, digər vaksinlərdən təhlükəli olmayacaq
  • Cəmiyyət

  • Ölkələrin hakimiyyət orqanlarının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyəndiyi COVID-19 əleyhinə vaksin, yəqin ki, digər vaksinlərdən təhlükəli olmayacaq.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu sözləri Panamerika Səhiyyə Təşkilatının (ÜST-nin regional şöbəsi) rəhbərinin müavini Jarbas Barbosa deyib.

    O bildirib ki, qaydalara görə, istənilən yeni vaksin klinik sınaqların hər üç mərhələsindən keçməli və onların nəticələri ictimaiyyətə açıqlanmalıdır. Vaksinlərin ilkin mərhələdə ixtisaslaşdırılması üzrə ÜST-nin ekspert komandası COVAX (koronavirus əleyhinə Beynəlxalq Əməkdaşlıq Proqramı) Alyansından alınacaq bütün vaksinlərin keyfiyyət səviyyəsini müəyyənləşdirəcək.

    “Yeni vaksinin bazara çıxarıldığı kütləvi vaksinasiya ərəfəsində monitorinq sistemi yaratmaq çox vacibdir. İmmunlaşdırmaya hazırlıq ölkələrlə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir. ÜST-də kütləvi vaksinasiya nəticələrinin monitorinqini şərti olaraq klinik sınaqların “dördüncü mərhələsi” adlandırırlar”, - deyə J.Barbosa bildirib.

    O, həmçinin qeyd edib ki, koronavirus əleyhinə vaksinlərin üçüncü sınaq mərhələsi (klinik sınaqların son mərhələsi) 2020-ci ilin noyabr ayından 2021-ci ilin əvvəlinədək keçiriləcək. Vaksinlərin bazara çıxarılması 2021-ci ilin birinci yarısına proqnozlaşdırılır.

    J.Barbosanın sözlərinə görə, koronavirusa qarşı kütləvi immunizasiyanın məhz hansı ayda başlanacağını müəyyənləşdirmək hələ də çətindir.
    PAYLAŞ:

    Oxşar xəbərlər