Putinlə Bayden arasında telefon danışığı olub

Putinlə Bayden arasında telefon danışığı olub
  • Dünya

  • Rusiya prezidenti Vladimir Putinlə ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden arasında telefon danışığı olub.

    Kremlin mətbuat xidmətinin yaydığı xəbərdə qeyd olunur ki, V. Putin C.Baydeni ABŞ prezidenti kimi işə başlaması münasibəti ilə təbrik edib.

    V.Putin Rusiya və ABŞ arasında münasibətlərin normallaşmasını dünyanın təhlükəsizliyinə və sabitliyinə müsbət təsir edəcəyini və hər iki ölkənin maraqlarına cavab verdiyini qeyd edib.

    Hər iki dövlət başçılarının telefon danışığında koronavirus pandemiyasına qarşı mübarizə, ticarət və iqtisadi sfera da daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanları nəzərdən keçirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər