Gürcüstanda COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində son sutka ərzində 16 min 267 nəfər test olunub. Nəticədə daha 998 nəfərdə koronavirus aşkarlanıb. Son 24 saat ərzində ölkə üzrə 1892 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər isə pandemiyanın qurbanı olub.
LEQAL.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi stopgev.ge saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 252 972 nəfər yoluxub ki, onların da 240 629-u sağalıb, 3 038-si isə ölüb.
Hazırda ölkədə 9279 aktiv koronavirus xəstəsi var.
Karantin zonalarında 530 nəfər, kovid otellərdə isə 444 nəfər var. Daha 19 min 178 nəfər isə özünü təcrid rejimindədir.(azərtac)