Gürcüstanda COVID-19-a yoluxanların və bu virusdan ölənlərin sayı yenidən artıb. Son sutkada ölkədə daha 4321 nəfərdə koronavirus aşkarlanıb, 4301 nəfər sağalaraq evə buraxılıb, 42 xəstə isə vəfat edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi “stopgov.ge” saytında məlumat yerləşdirilib.
Bildirilir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 162 min 475-ə yüksəlib. Yoluxanların 133 min 511-i sağalıb, 1504-ü isə pandemiyanın qurbanı olub.
Hazırda Gürcüstanda 1282 nəfər karantin zonalarında, 6897 nəfər isə stasionar nəzarətdə saxlanılır.(azərtac)