Bayden sabiq prezident Trampın bir neçə fərmanını ləğv edib

Bayden sabiq prezident Trampın bir neçə fərmanını ləğv edib
  • Dünya

  • Yanvarın 20-də inauqurasiyası keçirilən ABŞ Prezidenti Cozef Baydenin ilk işi Donald Trampın bir neçə mühüm fərmanını ləğv etmək olub.

    LEQAL.AZ Amerika KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) qayıtması haqqında fərman imzalayıb. Vaşinqton ÜST-dən ötən ilin yayında çıxmışdı – Tramp təşkilatı islahatlar aparmamaqda, pandemiyanın gedişində düzgün hərəkət etməməkdə təqsirləndirirdi.

    Bundan başqa, Bayden ABŞ-ı Paris iqlim sazişinə qaytarıb və Meksika ilə sərhədə divar çəkilməsini dayandırıb. Divarın bir hissəsi tikilib, yeni prezident tikiləni sökmək niyyətində olmadığına işarə edib.

    Yeni Prezident, həmçinin Tramp dönəmində Yaxın Şərqin bir neçə ölkəsinin sakinlərinin ABŞ-a girişinə qoyulan məhdudiyyətlərin ləğv edilməsi barədə fərman imzalayıb. Söhbət İran, Liviya, Suriya, Yəmən, Somali vətəndaşlarından, habelə Venesuela məmurlarından gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər