Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin güclənməsinə baxmayaraq, virusa yoluxma hallarında artım davam etməkdədir.
LEQAL.AZ Türkiyə Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 18-də ölkə üzrə 101 min 403 nəfər testdən keçirilib. Yoxlanılan şəxslərdən 1815 nəfərdə infeksiya aşkarlanıb. Sutka ərzində 72 nəfər ölüb, 1504 şəxs sağalıb.
Rəsmi məlumata görə, ölkə üzrə virusa yoluxma dinamikası vilayətlər üzrə dəyişir.