Boris Conson Avropada 1945-ci ildən ən böyük müharibəni proqnozlaşdırır

Boris Conson Avropada 1945-ci ildən ən böyük müharibəni proqnozlaşdırır
  • Dünya

  • Ukrayna ətrafındakı vəziyyət Avropada 1945-ci ildən bəri ən böyük müharibəyə səbəb ola bilər.

    “Leqal.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson BBC-yə açıqlamasında deyib.

    "Gördüyümüz plan miqyasına görə 1945-ci ildən bu günə kimi Avropada baş verən ən böyük müharibəni xatırladır", - Conson deyib.

    Onun sözlərinə görə, indi rus qoşunlarının Ukraynaya işğal etməsi ehtimalı yüksəkdir və Consonun fikrincə, bu, Belarusdan tərəfindən də Kiyevi mühasirəyə almaq üçün baş verəcək. //report

    Conson hesab edir ki, bu hərəkətlərdən həm ukraynalılar, həm də ruslar əziyyət çəkəcəklər.
    PAYLAŞ:

    Oxşar xəbərlər