İranda koronavirusun "Omikron" variantında tutulan bir aylıq körpə ölüb.
Bu barədə ölkənin rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Məlumata görə, Fars əyalətinin Laristan Tibb Fakültəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsi “Omikron” variantının bölgədə sürətlə yayılmasından narahat olduğunu bildirib.
Tibb fakültəsinin dekanı Behzad Rızayi 6-cı epidemiya dalğası səbəbiylə bu həftə xəstəxanaya yerləşdirilən xəstələrin sayında 41% artım olduğunu deyib.
Açıqlamaya görə, İmam Rıza Xəstəxanasında COVID-19-un “Omikron” variantı ilə müalicə olunan bir aylıq körpə dünyasını dəyişib.
Qeyd edək ki, İranın səhiyyə naziri Bəhram Aynullahi yanvarın 27-də ölkənin artan yoluxma ilə pandemiyanın 6-cı dalğasına daxil olduğunu açıqlayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək ölkədə COVID-19-dan 133 min 718 nəfər dünyasını dəyişib, yoluxanların sayı isə 6 milyon 806 min 265 nəfərə çatıb. /oxu.az/
LEQAL.AZ