Qazaxıstandakı iğtişaşların vurduğu ilkin iqtisadi ziyan 2-3 milyard dollar təşkil edə bilər.
Xarici KİV-lər xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığında ölkədəki vəziyyəti müzakirə edərkən deyib.
“Kasım-Jomart Tokayevin fikrincə, dövlətə dəyən ilkin iqtisadi ziyan 2-3 milyard ABŞ dolları təşkil edə bilər”, - prezidentin mətbuat xidmətinin məlumatında deyilir. /Vistualaz.org
LEQAL.AZ