Rusiyalı general KTMT qoşunlarının Qazaxıstanda nə qədər qalacağını açıqladı

Rusiyalı general KTMT qoşunlarının Qazaxıstanda nə qədər qalacağını açıqladı
  • Dünya

  • Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları “vəziyyət tam sabitləşənə qədər” Qazaxıstanda qalacaq, - Qazaxıstanda KTMT hərbi kontingentinə rəhbərlik edən Rusiya Hava Desant Qüvvələrinin komandanı, general-polkovnik Andrey Serdyukov bildirib. Bu barədə "İnterfaks" xəbər verir.

    "Kollektiv sülhməramlı qüvvələrin bölmələri tərəfindən tapşırıqların yerinə yetirilməsi ölkədə vəziyyət tam sabitləşənə qədər davam edəcək", - Serdyukov qeyd edib.

    Eyni zamanda, Qazaxıstan müdafiə nazirinin müavini, general-leytenant Sultan Qamaletdinov qeyd edib ki, ölkədə antiterror əməliyyatı yalnız “terrorçuların” tam məhv edilməsindən sonra başa çatacaq. /virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər