Döyüş filmlərindəki rolları ilə tanınan Hollivud ulduzu Silvestr Stallone pərəstişkarlarına rəsm əsərlərini təqdim edib.
Almaniyada “Karl Ernst Osthaus” muzeyində aktyorun 50-dən çox şəxsi rəsm əsəri nümayiş etdirilib.
Stallone gənclik illərində impressionizmlə maraqlanıb. O, ilk əsərlərini avtobusda gediş haqqını ödəmək üçün 5 dollara satıb.
Silvestr Stallone sərginin açılışında zarafatla deyib:
“Bilirsiniz, bəlkə də mən rəssam olmalıydım. Bu, şübhəsiz ki, daha az stresli olardı”.
“Sylvester Stallone: The Magic of Being” adlı sərgi Hollivud ulduzunun 1966-cı ildən 2020-ci ilərdəki işlərini əhatə edir. Buraya “Rocky”, “Rembo” və “The Expendables” filmlərindəki personajlarının şəkilləri daxildir. Sərgi gələn ilin fevralına qədər davam edəcək .
Mənbə: Hollywood Reporter/oxu.az