Əfqanıstan-İran sərhədində silahlı toqquşmanın səbəbləri açıqlandı

Əfqanıstan-İran sərhədində silahlı toqquşmanın səbəbləri açıqlandı
  • Dünya

  • Əfqanıstanın yeni hakimiyyət orqanları Əfqanıstan-İran sərhədində çərşənbə günü baş vermiş silahlı toqquşmaların başa çatdığını təsdiqləyib.

    Münaqişə Əfqanıstanın cənub-qərbindəki Nimroz əyalətinin Konq bölgəsində baş verib.

    Toqquşmaya səbəb sərhədi qanunsuz keçdikləri iddia edilən iranlı fermerlər olub. Atışma dövlət sərhədinin pozulması ilə bağlı yaranan “anlaşılmazlıq səbəbindən” başlayıb.

    Məlum olub ki, İrandan olan fermerlər qaçaqmalçılarla mübarizə aparmaq üçün Əfqanıstanla sərhəddə quraşdırılmış hasarları icazəsiz keçiblər. Hazırda vəziyyət sabitləşib.

    Qeyd edək ki, İran-Əfqanıstan sərhədində İran sərhədçiləri ilə “Taliban” hərəkatının döyüşçüləri arasında silahlı toqquşmanın baş verdiyi bildirilib. Qeyd edilib ki, “Taliban”la İran Silahlı Qüvvələri arasında atışmaya səbəb Əfqanıstan tərəfinin sərhəd xəttini düzgün anlamaması olub.

    Mənbə: İzvestiya
    PAYLAŞ:

    Oxşar xəbərlər