Çində koronavirusun mənbəyi ilə bağlı xəbər verənlərə mükafatlandırılacaq

Çində koronavirusun mənbəyi ilə bağlı xəbər verənlərə mükafatlandırılacaq
  • Dünya

  • Çinin şimal-şərqindəki Heykeyntzsyan əyalətində, Rusiya ilə sərhəddə yerləşən Heihe şəhərinin hökuməti koronavirus infeksiyasının kəskin yayılması fonunda, epidemioloji mənbənin axtarışında və epidemioloji istintaqda kömək edənlərə 100.000 yuan (26,6 min manat) mükafat vəd edir.

    Şəhər rəhbərliyi vətəndaşın sərhədi qanunsuz keçmə, qaçaqmalçılıq, qanunsuz ov və sərhədyanı balıq ovu halları ilə bağlı hər hansı məlumat olduqda dərhal polisə məlumat verməyə çağırır.

    2021-ci il oktyabrın 1-dən internet vasitəsilə idxal mallarını, xüsusən də dondurulmuş qidaları almış şəxslər dərhal qablaşdırmanı və malları özləri dezinfeksiya etməli, sonra onları yerli xəstəliklərə qarşı mübarizə və profilaktika mərkəzinə göndərməlidirlər.

    Qeyd edək ki, şəhərdə karantin oktyabrın 28-dən qüvvədədir: ailədən yalnız bir nəfər iki gündə bir dəfə evdən çıxa bilər, müəssisələr ciddi buraxılış rejimi ilə işləyir, ictimai nəqliyyat və taksilər işləmir, şəhərə giriş və çıxış bağlanıb, istisnalar yalnız xüsusi hallardır./oxu.az

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər