Əfqanıstanda hakimiyyəti ələ alan radikal “Taliban” hərəkatı əfqan kişilərinə saqqallarını qırxmağı və bərbərxanalara getməyi qadağan edib. “Taliban” bu qərarı İslam “normaları”nın tələbləri ilə izah edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə yerli “Ettelaat” qəzeti Helmand əyalətinin məlumat və mədəniyyət şöbəsinin müdiri Hafiz Rəşid Helmandiyə istinadən məlumat yayıb.
Hafiz Rəşidin sözlərinə görə, ötən həftənin sonunda bölgədə qüvvəyə minən məhdudiyyətlər bütün Əfqanıstana şamil olunur. Helmandın özündə, əvvəllər olduğu kimi, cənub-şərqdəki Qəndəhar əyalətində də musiqi qadağa qoyulub./konkret.az