"Rəşidə dedim, kişiliyinə şübhəm var, çünki..." – Dəhşətli qətlin təfərrüatı

"Rəşidə dedim, kişiliyinə şübhəm var, çünki..." – Dəhşətli qətlin təfərrüatı
  • Hadisə

  • 1996-cı il təvəllüdlü Bərdə rayon sakini Coşqun Babaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    LEQAL.AZ xəbər verir ki, Coşqun Babaşov Sabunçu rayonunun Zabrat qəsəbəsində Rəşad Qasımova məxsus nömrəsiz evdə kirayədə yaşayan qohumu Eminlə birlikdə ev sahibinə qonaqlıq verəcəyini bildirib.
    Coşqun Babaşov Rəşad Qasımovu 5 iyun 2019-cu il tarixdə saat 20 radələrində yeyib-içmək məqsədilə yaşadıqları ünvana dəvət edib. Saat 22 radələrinədək birlikdə yeyib-içdikdən sonra Rəşad Qasımovun təklifi ilə içki məclisini onun təklikdə yaşadığı digər fərdi evdə davam etdiriblər. Bir qədər sonra Emin məclisi tərk edib.
    Bundan sonra Çoşqun Babaşovla Rəşad Qasımovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Coşqun Babaşov onu bıçaqlayaraq öldürüb.

    “Heç bir ədavətimiz olmayıb”

    Coşqun Babaşovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.
    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Coşqun Babaşov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 1996-cı ilin iyul ayının 9-da anadan olub, orta təhsillidir: “Özüm fərdi qaydada tikintində müxtəlif işlər görmüşəm. Ötən il mayın 24-də Bakı şəhərinə işləmək məqsədilə gəldim. Evim olmadığından bibim oğlu Eminin kirayədə yaşadığı Zabrat qəsəbəsində yerləşən evdə qalmalı oldum.
    Emin həmin evdə həyat yoldaşı Aytac və azyaşlı oğlu Rəsulla yaşayırdı. Həmin ev bir otaq və mətbəxdən ibarət olduğundan orada yaşadığım müddətdə mətbəxdə yatmışam. Eminlə bir yerdə böyümüşəm və münasibətlərim yaxşı olub.
    Bakının Məhəmmədi kəndində yeni tikilən binalarda suvaq işləri görürdüm. Bəzən Eminin də tapdığı işlərdə ona kömək edirdim. Rəşid Qasımov yaşadığımız evin yiyəsidir. Rəşidi ümumilikdə 2-3 dəfə görmüşdüm.
    Hadisə baş verən ana qədər Rəşidlə aramızda heç bir ədavətimiz olmayıb. Bildiyimə görə Rəşidin ailəsi Rusiya Federasiyasında yaşayır”.

    “Onun evi dardı, bizdə qal...”

    Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 5-də saat 20 radələrində Eminlə işdən qayıdıb: “Eminin kirayədə qaldığı evə gələndə marketə girdik. Evdə birlikdə yeyib-içmək məqsədilə marketdən Emin 700 qramlıq araq aldı. Bu zaman neçə vaxtdı ev yiyəsi Rəşidə qonaqlıq söz verdiyini dedi və onu da çağırmağı təklif etdi. Mən də etiraz etmədim.
    Emin Rəşidin yaşadığı evə gedərək, onu qonaqlığa dəvət etdi. Bir qədər sonra o, yaşadığımız evə gəldi və birlikdə yemək yeyib araq içdik. Eminin arvadı Aytac bizə qulluq edirdi.
    Bir neçə saat keçdikdən sonra Rəşid özünün yaşadığı evə gedib, yeyib-içməyi orada davam etdirməyi təklif elədi. Emin və Rəşidlə birlikdə həyətdə yerləşən evə gəldik, yarım litr araqla yeyib-içməyə davam etdik. Emin artıq gec olduğunu və yoldaşının evdə tək qaldığını bildirərək getmək istədiyini dedi. Rəşid mənə Eminin yaşadığı evin dar olduğu söylədi və onunla qalmağımı təklif etdi. Mən də razılaşdım.
    Emini ötürmək üçün həyətə çıxdıq. Rəşid evin həyət darvazasını arxadan bağladı. Həyətdə siqaret çəkərək söhbət etməyə başladıq”.

    “Gəlindən xoşu gəldiyini və onu güddüyünü bildirdi”

    Coşqun Babaşovun sözlərinə görə, saat təxminən 1 radələrində söhbət zamanı Rəşid ona özünə Rusiyadan 11000 manat civarında rus rublu gəldiyini deyib:
    “Daha sonra Rəşid evə könül əyləncəsi keçirmək üçün qadın dəvət etmək istədiyini bildirdi. Məndən bu işi təşkilinə kömək etməyimi xahiş etdi. Mən Rəşidə bunun üçün pulumun olmadığını dedim. Rəşid isə pula görə narahat olmamağı söylədi...
    Bundan sonra Rəşid əslində çoxdandır bir gəlindən xoşu gəldiyini və onu güddüyünü bildirdi. Həmin gəlinin Eminin arvadı Aytac olduğunu söylədi. Aytacdan xoşu gəldiyini dedi və məndən Aytacın mobil nömrəsini istədi.
    Rəşidin bu sözləri mənə pis təsir etdi. Ona dedim ki, danışığına fikir ver, Aytacın nəvə yaşındadı, adam gərək kişi ola... Rəşid isə mənə “kişiliyimə şübhən var?” deyə soruşdu. Mən də Rəşidə “kişiliyinə şübhəm var ki, nəvən yaşında gəlinin mobil nömrəsini məndən istəyirsən” sözləri ilə cavab qaytardım”.

    “Bir də baxdım ki, Rəşidi artıq öldürmüşəm”

    Coşqun Babaşov qeyd edib ki, Rəşid belindən mətbəx bıçağı çıxarıb və onun üzərinə hücum edib: “Cəld şəkildə sol əlimlə Rəşidin sağ biləyindən tutdum, Rəşidin əlindəki bıçağı alaraq ilk olaraq onun qarın nahiyəsinə bıçaq zərbələri ilə xəsarətlər yetirdim. Rəşid arxası üstə yerə yıxıldı. Bundan sonra ona neçə bıçaq vurmağımdan xəbərim olmayıb. Bir də baxdım ki, Rəşidi artıq öldürmüşəm.
    Həmin evdən çıxdım, əlimdə bıçaq Eminin yaşadığı evə gəldim. Qapını döydüm. Qapını Eminin arvadı Aytac açdı, üst-başımın və əlimdənki bıçağın qanlı olduğunu gördü. Aytaca Rəşidi öldürdüyümü dedim.
    Aytac ağlayıb qışqırmağa başladı. İçəri daxil olanda gördüm ki, Emin yatıb. Onu yuxudan oyatdım. O, məndən nə baş verdiyini xəbər aldı. Aytacın mobil telefonunu istədiyinə görə Rəşidə bıçaqla xəsarət yetirərək öldürdüyümü bildirdim. Emingildən pal-paltarlarımı, az əvvəl əlimdə olan və Emingilin evində bir qırağa qoyduğum bıçağı da götürdüm, sonra evi tərk etdim.
    Qapıdan çıxanda Eminə gedib Rəşidə baxmağı tapşırdım. Yolda piyada gedərkən Rəşidi öldürdüyüm bıçağı çörək sexinin yanındakı zibilxanaya atdım. Piyada Sabunçu qəsəbəsinə, oradan taksiyə əyləşərək “Koroğlu” metrostansiyasına gəldim. Metro ilə avtovağzala, daha sonra isə taksi ilə Bərdə rayonuna getdim.
    Amma yaşadığım evə yox, babamın evinə yollandın. İyunun 6-da, saat 13 radələrində atam babamgilə gələrək polis əməkdaşlarının məni axtardığını dedim. Bundan sonra polisə gedərək təslim oldum”.
    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Coşqun Babaşov 17 il müddətinə azadlıqdan məhrum edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər