Ermənistanda baş nazir Nikol Paşinyanın “Facebook” səhifəsindəki fotoşəkli altında təhqiredici şərh yazılması ilə əlaqədar hüquq mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
LEQAL.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə polisin mətbuat xidmətindən bildirilib.
“137.1-ci maddə ilə - “İctimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək” maddəsi ilə cinayət işi başlanılıb. Bu, Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook”dakı şəklinin altında təhqir dolu rəy yazılması ilə bağlıdır”, - məlumatda belə deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları şərhi yazan şəxsi müəyyən etmək üçün tədbirlər görür./apa