Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  • Siyasət

  • “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanlarında və 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
    Azərbaycan Respublikası Prezidentinin Fərmanı


    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə uyğun olaraq, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

    1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718; 2020, № 7, maddələr 868, 895, № 9, maddə 1139) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

    2.1. 8.27-ci bənddə “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;

    2.2. 8.28-ci bənd aşağıdakı redaksiyada verilsin:

    “8.28. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir;”.

    3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 (I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 3, maddələr 403, 405, № 5, maddə 847, № 8, maddə 1398; 2020, № 5, maddə 549, № 7, maddə 868) aşağıdakı dəyişikliklər edilsin:

    3.1. 1.23-cü bənddə “29.0.21-ci” sözləri “29.0.20-ci” sözləri ilə əvəz edilsin;

    3.2. 2.2-ci bənddə “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin;

    3.3. 2.3-cü bənddə “(xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının” sözləri ilə əvəz edilsin.

    4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1950) ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

    4.1. 1.1-ci bənddə “təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin” sözləri “təhsilə aid kvalifikasiyalarının” sözləri ilə əvəz edilsin;

    4.2. 2.2.2-ci yarımbənddə “təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri “təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;

    4.3. 3.1.4-cü və 3.2.16-cı yarımbəndlərdə “təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri “təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti
    PAYLAŞ:

    Oxşar xəbərlər