Putin Zelenskidən danışdı:

Putin Zelenskidən danışdı:
  • Dünya

  • "İnanıram ki, bu günkü vəziyyətimiz tamamilə anormal, qeyri -təbii bir haldır. Gec ya tez, Ukrayna ilə münasibətlərimizi tam şəkildə bərpa edəcəyik. Daha yaxşı olardı ki, bu tez baş versin.

    LEQAL.AZ xəbər verir ki, bu açıqlamanı Prezident Vladimir Putin, Şərq İqtisadi Forumunun plenar iclasında bildirib. Rusiya dövlət başçısı qeyd edib ki, gələcəkdə Ukrayna prezidentinin hazırkı dövlət başçısı Vladimir Zelenski olub-olmayacağı bizdən deyil, Ukrayna xalqından və seçicilərindən asılıdır.

    "Prezident Zelenski ikinci dəfə seçilsə və siyasətini Rusiya ilə münasibətlərin bərpası üzərində qurarsa, əlbəttə ki, vəziyyət normallaşacaqdır. Ancaq indiyə qədər hər şey fərqli baş verib.

    Birdən çox Ukrayna lideri Rusiya ilə münasibətlərin bərpasına dair şüarlarla hakimiyyətə gəlsələr də sonra həyasızcasına seçicilərini aldadır və real siyasəti tamam başqa istiqamətə çevirirlər"./metbuat.az
    PAYLAŞ:

    Oxşar xəbərlər