“Taliban” rəsmisi: “Bütün ölkələrlə siyasi münasibətlərimizin olmasını istəyirik”

“Taliban” rəsmisi: “Bütün ölkələrlə siyasi münasibətlərimizin olmasını istəyirik”
  • Dünya

  • “İnşallah, Kabilin beynəlxalq hava limanına böyük təhlükə yoxdur. Biz hava limanının təhlükəsizliyini təmin edəndən, ABŞ-ın hərbi qüvvələri buranı tərk edəndən, aeroportda və onun ətrafında olan qarışıqlıq aradan qaldırılandan sonra rəsmilərimiz təhlükəsizliyi təmin edəcək, buna diqqət ayıracaq. Biz insanların Kabildə təhlükəsizliyi barədə məlumatlıyıq və hava limanının təhlükəsizliyi üçün heç bir problem olmayacaq”.

    LEQAL.AZ  “Baku TV”yə istinadən xəbər verir ki, bu sözləri “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihullah Mücahid deyib.

    ABŞ canlı qüvvəsinə, nüfuzuna zərbə vuran 20 illik müharibəyə son qoyur

    O, qeyd edib ki, ABŞ qoşunları avqustun 31-dək Əfqanıstanı tərk edəcəklər. “Bu, həm amerikalılar, həm də əfqanlar üçün yaxşı imkandır. Əfqanıstan və əfqan xalqı müstəqil olur. Xalqın özünü müstəqil hiss etmək hüququ var. Bu, bizim üçün böyük nailiyyətdir. Amerika isə canlı qüvvəsinə, iqtisadiyyatına, həmçinin nüfuzuna zərbə vuran 20 illik müharibəyə son qoyur. Müharibə sona çatmalı idi və ABŞ-ın avqustun 31-də Əfqanıstandan çıxmaq qərarı ağıllı qərar idi”.

    “Taliban” rəsmisi hərəkat üzvlərinin Əfqanıstan sakinləri ilə sıx ünsiyyətdə olmaq istəyinə də eyham vurub: “İstəyirik ki, insanlarımız qorxmasınlar və bura onların bizdən qorxması, üz döndərməsi, evlərini tərk etməyə məcbur olmaları üçün gəlməmişik. Bizim ölkəmiz birdir. Bu insanlar öz ölkələrində yaşamaq hüququna malikdir.


    report
    PAYLAŞ:

    Oxşar xəbərlər