Əfqanıstanın birinci vitse -prezidenti ölkəni tərk etməyəcək

Əfqanıstanın birinci vitse -prezidenti ölkəni tərk etməyəcək
  • Dünya

  • Əfqanıstanın birinci vitse -prezidenti Əmrullah Saleh ölkəni və xalqını tərk etməyəcəyini bəyan edib.

    LEQAL.AZ  report-a istinadən xəbər verir ki, bu barədə Əmrullah Saleh özünün tvitter səhifəsində yazıb.

    “Mənim torpağımda. Xalqımla. Əsl səbəb və məqsədlərlə, möhkəm inamla. Bizim qanuniliyimiz zülm və qəddar diktaturaya qarşı durmaqdır”, - deyə o bildirib.

    Qeyd edək ki, “Taliban” Kabilə daxil olana yaxın Əfqanıstan prezidenti Əşrəf Qani vəzifəsindən istefa verib. O, ailəsi və iki köməkçisi ilə birgə ölkəni tərk edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər