İranda son sutka ərzində 620 nəfər koronavirusdan vəfat edib.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə günlük yoluxma sayının artmağa davam etdiyi bir şəraitdə pandemiyanın başlanğıcından bəri ən yüksək sutkalıq ölüm göstəricisi qeydə alınıb.
Bununla da, ölkədə COVID-dən ölənlərin ümumi sayı 97 828 nəfərə çatıb.