BMT baş katibi: “Əfqanıstanda vəziyyət nəzarətdən çıxır”

BMT baş katibi: “Əfqanıstanda vəziyyət nəzarətdən çıxır”
  • Dünya

  • BMT baş katibi Antoniu Quterriş Əfqanıstandakı vəziyyətlə bağlı bəyanatla çıxış edib.

    Bu barədə LEQAL.AZ qurumun rəsmi saytına istinadən xəbər verir.

    Antoniu Quterriş bildirib ki, Əfqanıstanda vəziyyət nəzarətdən çıxır: “Təkcə keçən ay hərbi əməliyyatlar nəticəsində mindən çox adamın ölüb və ya yaralanıb, 241 min insan evlərini tərk etmək məcburiyyətində qalıb”.

    Onun sözlərinə görə, ölkədə xəstəxanalar dolub, yemək və dərman çatışmazlığı mövcuddur, körpülər, yollar və məktəblər dağıldıb: “Bütün bunlar bu qədər əzab çəkən xalq üçün inanılmaz faciədir”./report
    PAYLAŞ:

    Oxşar xəbərlər