Fransada koronavirusa yoluxmada rekord artım qeydə alınıb

Fransada koronavirusa yoluxmada rekord artım qeydə alınıb
  • Dünya

  • Ötən 24 saat ərzində Fransada 18 min yeni yoluxma faktı aşkar olunub.

    TASS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran məlumat verib.

    O, Fransa parlamentinin aşağı palatası olan Milli Məclisdə çıxışı zamanı millət vəkillərini pandemiya ilə bağlı cari vəziyyət barədə məlumatlandırıb.

    Nazir bildirib ki, son 7 gün ərzində yeni yoluxma hallarının sayı 150% artıb. Veranın sözlərinə görə, bu, indiyədək qeydə alınmış ən yüksək həftəlik artım göstəricisidir.

    Nazir əlavə edib ki, mövcud rəqəmlər Fransada COVID-19-un sürətlə yayıldığını sübut edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər