Gürcüstan, Ukrayna və Moldovanın dövlət başçıları - Salome Zurabişvili, Vladimir Zelenski və Maya Sandu birgə bəyannamə imzalayıblar.
LEQAL.AZ report-a istinadən txəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirak etdiyi mərasim Acarıstanın Petra qalasında baş tutub.
Sənəddə ölkələrin Avropaya inteqrasiyası yolunda atacağı addımlar və birgə fəaliyyət razılaşdırılıb.