Arveiler bölgəsində 98 nəfər ölüb, 670 nəfər yaralanıb
Almaniyanın qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 141-ə yüksəlib.
LEQAL.AZ apa-ya istinadən xəbər verir ki, yalnız Reynland-Pfalz əyalətinin Arveiler bölgəsində 98 nəfər ölüb, 670 nəfər yaralanıb.
Daha əvvəl Şimali Reyn-Vestfaliyada azı 43 ölüm qeydə alınıb.
Təbii fəlakət körpülərin və yolların dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub.
Ölkənin sözügedən ərazisində fövqəladə vəziyyət elan edilib.
850 hərbçi fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb olunubb
Almaniya kansleri Angela Merkelin bazar günü fəlakət bölgəsini ziyarət edəcəyi bildirilir.
Qeyd edək ki, daşqınlar Almaniya ilə yanaşı, Belçika və Hollandiyada da fəsadlar törədib.