Almaniyada daşqın qurbanlarının sayı 58-ə çatdı

Almaniyada daşqın qurbanlarının sayı 58-ə çatdı
  • Dünya

  • Almaniyadakı daşqınlarda həlak olanların sayı 58-ə çatıb.

    LEQAL.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə "Focus-onlayn" portalı xəbər yayıb.

    Daha əvvəl fəlakət qurbanlarının sayı 42 nəfər olaraq bildirilib.

    Xatırladaq ki, Almaniyanın qərb və cənub-qərb hissələrində iyulun 12-dən davam edən leysan yağışlar daşqınlara səbəb olub. Təbii fəlakət ilkin olaraq və ən çox Şimali Reyn-Vestfaliya və Reynland-Pfalz bölgələrinə təsirini göstərib.

    Almaniya prezidenti Frank-Valter Ştaynmayer həlak olanların ailələrinə başsağlığı verib.
    PAYLAŞ:

    Oxşar xəbərlər