Danimarkada son sutka ərzində koronavirusa yoluxan 1200 nəfərdən təxminən 80 faizi “delta” ştamının daşıyıcısıdır.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Danimarka Dövlət Peyvənd İnstitutu və ölkənin yoluxucu xəstəliklərlə mübarizə agentliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, COVID-19 virusunun bu mutasiyası artıq krallıqda tamamilə dominant vəziyyət alıb. Orijinal “alfa” variantından təxminən iki dəfə daha çox yoluxucu olan “delta” ştamı ölkədə peyvənd edilməmiş və aktiv həyat tərzi yaşayan gənclər arasında yayılmaqdadır. Son həftə koronavirusa yoluxanların 48,2 faizi 20-29 yaş arası gənclər təşkil edib.