Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər.
LEQAL.AZ-ın məlumatına görə, Şimal bölgəsi may ayında ikinci dəfə sürpriz təbiət hadisəsi ilə qarşılaşıb.
Qubadan sonra bu gün qar Qusarın Ləzə kəndinə yağıb. Qarın hündürlüyü 10 sm-ə yaxın olub.
Dəniz səviyyəsindən 1280 metr hündürlükdə yerləşən Ləzə kəndinin sakinləri may ayında yağan qarı bolluq rəmzi kimi qiymətləndirirlər.
Yaz ayı olduğundan yağan qar artıq əriməyə başlayıb.
Xatırladaq ki, mayın 5-də Qubanın Xınalıq kəndində qar yağmışdı. Gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz etmiş, qarın hündürlüyü 4-5 sm-ə yaxın olmuşdu.
sputnik