Azərbaycan İdman Könüllüləri İctimai Birliyi və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Stres” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən LEQAL.AZ-a bildiriblər ki, psixoloq Aydan Qasımova seminarda çıxış edərək, stresi yaradan səbəblər, stresin fiziki əlamətləri, onun davamlı olması nəticəsində yaranan psixoloji problemlər haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, stresdən uzaq olmaq üçün insanlar problemlərə yanaşma tərzini dəyişməli, mənfi hisslərdən uzaqlaşmalı və həyatlarını müəyyən sistemə salmalıdırlar.
Seminar könüllülər tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıların sualları əsasında müzakirələrlə davam edib.