"Travmanın nəsildən-nəslə ötürülməsi" mövzusunda onlayn seminar keçirildi

"Travmanın nəsildən-nəslə ötürülməsi" mövzusunda onlayn seminar keçirildi
  • İdman

  • Aprelin 10-u Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılğı ilə "Travmanın nəsildən-nəslə ötürülməsi" mövzusunda onlayn seminar keçirildi.

    Azərbaycan İdman Könüllüləri ictimai birliyindən LEQAL.AZ-a verilən məlumata görə, psixoloq Sürmə Məmmədova psixoloji travmaların yaranma səbəbləri, travmanın ötürülməsi, travma sonrası stres pozuntusu, travmanın orqanizmimizə və həyatımıza təsiri haqqında geniş məlumat verdi. Travma ilə bağlı aparılmış təcrübələr haqqında danışdı.

    Qeyd etdi ki, emosiyaların bastırılması bəzən daha ciddi psixoloji problemlərə - travmaya səbəb ola bilir.

    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər